ABŞ prezidenti Donald Tramp özünü Venesuelanın müvəqqəti prezidenti elan edib.
Bakıvaxtı.az xəbər verir ki, o, bununla bağlı "Truth Social" sosial şəbəkəsində foto paylaşıb.
Trampın Vikipediyadan götürülmüş ekran görüntüsü qısa zamanda diqqət çəkib.
Belə ki, onun ABŞ-nin 45-ci və 47-ci prezidentləri kimi titulları sadalanır, 2026-cı ilin yanvar ayından etibarən Venesuelanın müvəqqəti prezidenti kimi də qeyd edilir.
Fotoda Trampın Latın Amerikası respublikasının müvəqqəti prezidentinin "andiçmə mərasimini" 2026-cı ilin yanvar ayında keçirdiyi bildirilir.
Bakı 





