• Bakı 13° C

    6.14 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

Tramp türk həkimin mühüm vəzifəyə namizədliyini irəli sürdü

DÜNYA

20 Noyabr 2024 | 08:14

Tramp türk həkimin mühüm vəzifəyə namizədliyini irəli sürdü

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp federal səhiyyə xidmətləri olan “Medicare” və “Medicaid”in direktoru vəzifəsinə həkim Mehmet Özün namizədliyini irəli sürdüyünü açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə “Truth” sosial media platformasındakı hesabında bildirib.

    O, ABŞ-nin ciddi bir səhiyyə böhranı ilə üzləşdiyini və bu problemlərlə məşğul olmaq üçün Özdən daha ixtisaslı həkimin olmadığını vurğulayıb. 

    Dr. Özün Harvard Universiteti ilə başlayan təhsil həyatına və karyerasına toxunan Tramp, onun ölkənin səhiyyə sistemində bir çox problemi həll edə biləcəyini qeyd edib.

    Qeyd edək ki, ABŞ-də “Medicare” 65 yaşdan yuxarı yaşlılara tibbi xidmət göstərən federal tibbi sığorta qurumudur. “Medicaid” isə aşağı gəlirli ailələrə tibbi sığorta xidmətləri göstərən qurumdur.

    ABŞ hökuməti 2023-cü ildə “Medicaid” proqramı çərçivəsində 860 milyard, “Medicare” çərçivəsində isə 848 milyard dollar xərcləyib.


    SON XƏBƏRLƏR

    13 Mart 2025