ABŞ Ukraynaya bütün hərbi yardımları dayandırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.
“Prezident açıq şəkildə sülhü hədəflədiyini elan edib. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasını istəyirik. Biz yardımımızı dayandırırıq və onun həllə töhfə verməsini təmin etmək üçün nəzərdən keçiririk”, - deyə Ağ ev rəsmisi bildirib.
"Bloomberg"in məlumatına görə, təkcə gələcək tədarüklər deyil, həm də artıq tranzitdə olanlar da dayandırılıb: təyyarələrdə, gəmilərdə və ya Polşada tranzit zonada olan silahlar Ukraynaya verilməyəcək.
"Söhbət “kritik əhəmiyyətli döyüş sursatları”, idarə olunan çoxsaylı buraxılış raket sistemləri və tank əleyhinə silahlardan gedir", - Agentlik qeyd edib.