• Bakı C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9947

    RUB - 2.092

Tramp: Venesuelaya qarşı ikinci hərbi zərbə istisna edilmir

SİYASƏT

05 Yanvar 2026 | 13:45

Tramp: Venesuelaya qarşı ikinci hərbi zərbə istisna edilmir

Venesuela prezidenti Nikolas Maduronun saxlanılmasından sonra administrasiyanın qalan üzvləri ölkədə vəziyyətin normallaşdırılması məqsədilə əməkdaşlıqdan imtina edərsə, ABŞ Venesuelaya qarşı ikinci hərbi zərbə endirə bilər.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bunu "Air Force One" təyyarəsinin göyərtəsində jurnalistlərlə söhbəti zamanı ABŞ prezidenti Donald Tramp deyib.

"Əgər Kolumbiya və Meksika üçün də yarana bilər, əgər  ABŞ-yə qanunsuz narkotik axınının azaldılması istiqamətində kifayət qədər addım atmasalar, bu ölkələrə qarşı da hərbi əməliyyatlar keçirilə bilər. Kolumbiya əməliyyatı mənim üçün yaxşı səslənir, – deyə ABŞ prezidenti vurğulayıb.

ABŞ prezidenti həmçinin Venesuelanın yaxın müttəfiqi olan Kuba ilə bağlı qeyd edib ki, bu ölkə ABŞ-nin hərbi müdaxiləsi olmadan belə öz-özünə çökməyə hazırdır.

Gülşən Şərif


SON XƏBƏRLƏR