ABŞ federal məhkəməsi Prezident Donald Tramp administrasiyasının 75 ölkə vətəndaşına köçmə (immiqrasiya) vizalarının verilməsini dayandıran qərarını ləğv edib.
Bakıvaxtı.az xarici mediaya istindən xəbər verir ki, Manhettendəki Məhkəmənin hakimi Cennet Varqas Yanvar ayında Dövlət Departamenti tərəfindən tətbiq edilən bu qadağanın açıq şəkildə hüquqa zidd olduğuna hökm çıxarıb.
Hakim qeyd edib ki, Dövlət katibi Marko Rubio konsulluq əməkdaşlarının viza rəsmiləşdirilməsi səlahiyyətlərini aşaraq immiqrasiya qanunvericiliyini pozub. Məhkəmə qərarında iddiaçının yalnız milliyyətinə və vətəndaşlığına əsaslanaraq viza verilməsini kütləvi şəkildə qadağan edən siyasətin hüquqi çərçivəni birbaşa tapdaladığı vurğulanıb.
Xatırladaq ki, Yanvar ayında tətbiq olunan məhdudiyyət Braziliya, Misir, Somali, Haiti və Rusiya da daxil olmaqla təxminən 75 ölkənin vətəndaşlarını əhatə edirdi. Ağ Ev bu addımı "ölkəyə gəlib dövlətdən sosial yardım alacaq şəxslərin qarşısını almaq" bəhanəsi ilə əsaslandırmağa çalışırdı.
Zeynəb Rzayeva




