• Bakı 17° C

    2.55 m/s

  • USD - 1.7

    EUR - 1.9087

    RUB - 2.0606

Trampa qarşı sui-qəsdlə bağlı - Yeni təfərrüatlar 

DÜNYA

15 Iyul 2024 | 10:06

Trampa qarşı sui-qəsdlə bağlı - Yeni təfərrüatlar 

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı araşdırmalar davam edir.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, sui-qəsdlə bağlı Federal Təhqiqat Bürosu (FTB) yeni təfərrüatlar paylaşıb. 

Məlumata görə, hücumçunun avtomobilindən primitiv bomba materialları tapılıb. Hücum edən şəxs psixi cəhətdən sağlam olub. Kruksun cib telefonu və hücumda istifadə etdiyi silahın FTB laboratoriyasına göndərildiyini bildirib.

Yeni təfərrüata əsasən, hücum edən şəxs mitinq yerindən təxminən 70 km aralıda, Bethel Parkda yaşayan 20 yaşlı Tomas Metyu Kruksdur. Kruks hücumdan qısa müddət sonra Gizli Xidmət agentləri tərəfindən vurularaq öldürülüb. Onun haqqında ətraflı məlumat mövcud deyil.

Gülşən Şərif


SON XƏBƏRLƏR

12 May 2025