• Bakı 13° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

Trampdan sərt mesaj: “Sosial pozuntuların səbəbi kütləvi miqrasiyadır”

DÜNYA

28 Noyabr 2025 | 10:01

Trampdan sərt mesaj: “Sosial pozuntuların səbəbi kütləvi miqrasiyadır”

ABŞ Prezidenti Donald Tramp Şükran Günü paylaşımında administrasiyasının immiqrasiya xəttini daha da sərtləşdirəcəyinə işarə edən açıqlamalar verib.

Bakıvaxtı.az xəbər verir ki, yeni bəyanatında o iddia edib ki, ABŞ-də sosial pozuntuların əsas səbəbi kütləvi immiqrasiyadır.

Prezident bu yükün təhsil, səhiyyə, təhlükəsizlik və maliyyə sistemini aşındırdığını bildirib.

Tramp deyib ki, administrasiyası qarşıdakı aylarda geriyə miqrasiya proqramını işə salacaq, ictimai yük sayılan və təhlükə yaradan xarici vətəndaşların ölkədən çıxarılmasını sürətləndirəcək, Bayden dövründə ölkəyə buraxılmış şəxslərin statusunu yenidən qiymətləndirəcək.

O Konqres üzvü İlhan Omarı da sərt tənqid edərək onu ABŞ-nin dəyərlərini sarsıtmaqda ittiham edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

27 Noyabr 2025