• Bakı 27° C

    6.58 m/s

  • USD - 1.7

    EUR - 1.9712

    RUB - 1.9506

Trampı TƏHDİD ETDİ, tutuldu

SİYASƏT

04 Sentyabr 2026 | 08:53

Trampı TƏHDİD ETDİ, tutuldu

Los-Anceles sakini Benjamin Azariya Sautvort ABŞ Prezidenti Donald Trampı öldürməklə hədələmə, kiber təqib, həmçinin prezidentin şəxsi vəkili və onun ailəsini təqib etmə ittihamları ilə saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kaliforniyanın prokuror aparatı məlumat yayıb.

Qurumun məlumatına görə, Sautvort Trampa və onun tərəfdarlarına hədə-qorxu gəlmək və nifrət bildirmək üçün "YouTube", "Instagram" və "TikTok" hesablarından, həmçinin öz saytından istifadə edib.

İttihamlar federal böyük andlılar heyəti tərəfindən təsdiq edilmiş üç bənd üzrə irəli sürülüb.

Təqsirli bilinəcəyi təqdirdə, Sautvortu ümumilikdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Sentyabr 2026