İran Donald Trampın ABŞ-ın nüvə sınaqlarının bərpası ilə bağlı açıqlamasını məsuliyyətsizlik adlandırıb.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, rəsmi Tehran bunu sülh üçün ciddi təhlükə kimi qiymətləndirib.

İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında bəyan edib:
"Nüvə sınaqlarının bərpasının elanı beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid təşkil edən reqressiv və məsuliyyətsiz tədbirdir. Dünya bu iyrənc silahların yayılmasının normallaşdırılmasına görə ABŞ-ı məsuliyyətə cəlb etmək üçün birləşməlidir".
Aydın Baxış
 Bakı
 Bakı 


