• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Trampın İstanbula getmək istəməsinə Zelenskidən REAKSİYA

DÜNYA

12 May 2025 | 20:48 | Müəllif: Subhan Mahmudov

Trampın İstanbula getmək istəməsinə Zelenskidən REAKSİYA

Ukrayna lideri Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın İstanbuldakı görüşdə iştirak etmək planlarını dəstəkləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında məlumat verib.

"Mən Donald Trampı tam və qeyd-şərtsiz atəşkəs ideyası ilə dəstəklədim – diplomatiya üçün əsas yaratmaq üçün kifayət qədər uzun müddətdir. Mən prezident Trampın Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlar ideyasını dəstəklədim. Trampın Türkiyədəki bu görüşdə bizimlə olmasını istərdim", - Zelenski qeyd edib.

Ukrayna lideri görüşə hazır olduğunu və Türkiyədə olacağını vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR