• Bakı 23° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Tunisdə qəzaya uğrayan gəmidə 2 Azərbaycan vətəndaşı da olub

HADİSƏ

16 Aprel 2022 | 20:22 | Müəllif: Subhan Mahmudov

Tunisdə qəzaya uğrayan gəmidə 2 Azərbaycan vətəndaşı da olub

16 aprel 2022-ci il tarixində Ekvatorial Qvineya bayrağı altında üzən, Malta istiqamətində hərəkətdə olan gəmi pis hava şəraiti səbəbindən Tunisin Qabeş şəhəri yaxınlığında qəzaya uğrayıb. Gəminin heyəti arasında 2 Azərbaycan vətəndaşı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Qeyd olunub ki, gəmi heyəti Tunis sərhəd gəmisi tərəfindən xilas edilib və xəstəxanaya yerləşdirilib. Qəza nəticəsində gəmi heyəti, o cümlədən Azərbaycan vətəndaşları xəsarət almayıb. Hazırda vətəndaşlarımızın təxliyəsi ilə bağlı müvafiq tədbirlər görülməkdədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR