• Bakı 25° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Tunisə qalib gələn Niderland qrupunu birinci sırada bitirib - YENİLƏNİB

İDMAN

26 Iyun 2026 | 05:00

Tunisə qalib gələn Niderland qrupunu birinci sırada bitirib - YENİLƏNİB

Futbol üzrə dünya çempionatında Niderland Tunisi məğlub edib.

Bakıvaxtı.az-ın məlumatına görə, Kanzas stadionunda keçirilən F qrupunun III turunun matçında avropalılar 3:1 hesabı ilə qalib gəliblər.

Elye Skiri (3-öz qapısına), Brayan Brobbi (7) və Yan Paul van Heke (62) Niderlandın qollarını vuran futbolçular olub.

Afrika təmsilçisinin yeganə qolu isə 54-cü dəqiqədə Hazem Masturidən gəlib.

F qrupunu lider baş vuran Niderland seçməsi növbəti mərhələdə C qrupunun ikincisi olan Mərakeşlə qarşılaşacaq.

 

04:24

Futbol üzrə dünya çempionatının Tunis - Niderland oyununda dördüncü qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Kanzas stadionunda keçirilən F qrupunun III turunun matçında avropalılar fərqi artırıblar - 3:1.

62-ci dəqiqədə Yan Paul van Heke diqqət mərkəzinə düşüb.

04:15

Futbol üzrə dünya çempionatının Tunis - Niderland oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Kanzas stadionunda keçirilən F qrupunun III turunun matçında Tunis fərqi azaldıb -1:2.

54-cü dəqiqədə Hazem Masturi fərqlənib.

04:07

Futbol üzrə dünya çempionatının Tunis - Niderland oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Kanzas stadionunda keçirilən F qrupunun III turunun matçında avropalılar 2:0 hesabı ilə öndədirlər.

Qarşılaşmanı meksikalı FIFA referisi Katya İtsel Qarsiya idarə edir.

03:49

Futbol üzrə dünya çempionatının Tunis - Niderland oyununda ilk hissə yekunlaşıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Kanzas stadionunda keçirilən F qrupunun III turunun matçında avropalılar 2:0 hesabı ilə öndədirlər.

Qarşılaşmanı meksikalı FIFA referisi Katya İtsel Qarsiya idarə edir.

03:10

Futbol üzrə dünya çempionatının Tunis - Niderland oyununda ardıcıl iki qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Kanzas stadionunda keçirilən F qrupunun III turunun matçında avropalılar rəqibini ardıcıl iki dəfə meydanın mərkəzinə dəvət ediblər - 2:0.

Əvvəlcə Tunisin heyətində Elye Skiri 3-cü dəqiqədə topu öz qapısına göndərib. 4 dəqiqə sonra isə Brayan Brobbi adını tabloya yazdırıb.

03:00

Futbol üzrə dünya çempionatının Tunis - Niderland oyunu başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, F qrupunun III turunun matçı Kanzas stadionunda keçirilir.

Qarşılaşmanı meksikalı FIFA referisi Katya İtsel Qarsiya idarə edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyun 2026