• Bakı C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

"Turan Tovuz" cərimələndi

İDMAN

11 Fevral 2026 | 14:17

Turan Tovuz cərimələndi

"Turan Tovuz" klubu 12500 manat cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

4 fevral 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ¼ finalın ilk görüşü "Sabah" – "Qəbələ" oyununa "Qəbələ" komandası təyin edilmiş vaxtdan gec gəldiyinə görə "Qəbələ" komandasına xəbərdarlıq edilsin (maddə 20);

5 fevral 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ¼ finalın ilk görüşü "Turan Tovuz" – "Kəpəz" oyununun 41-ci dəqiqəsində "Turan Tovuz" komandasının məşqçisi Yunis Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyun buraxılmasın, "Turan Tovuz" komandası 2500 manat cərimə edilsin (maddə 51.2);

5 fevral 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ¼ finalın ilk görüşü "Turan Tovuz" – "Kəpəz" oyununun 64-cü dəqiqəsində "Turan Tovuz" komandasının baş məşqçisi Kurban Berdiyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, "Turan Tovuz" komandası 10000 manat cərimə edilsin (maddə 52.4).


SON XƏBƏRLƏR