• Bakı 19° C

    2.65 m/s

Türk Dövlətləri Təşkilatından Qazaxıstanla bağlı BƏYANAT

DÜNYA

06 Yanvar 2022 | 13:10

Türk Dövlətləri Təşkilatından Qazaxıstanla bağlı BƏYANAT

“Qazaxıstanda sülh və sabitliyə verdiyimiz önəmi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının bəyanatında qeyd olunub.

“Qardaş qazax xalqının sağlam düşüncəsinə və normal vəziyyətə qayıdış arzusuna güvənirik. Qazaxıstan rəsmilərinin sülhsevər şəkildə gərginliyin arxada qoyulması, sabitlik və əmin-amanlığın bərpasına qadir olduğuna inanırıq. Qazaxıstan hökumətinə və xalqına ehtiyac duya biləcəyi dəstəyi verməyə hazır olduğumuzu bəyan edirik. Hadisələrdə həlak olanlara başsağlığı verir, yaralılara şəfa diləyirik”, - bəyanatda bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026