• Bakı 17° C

    1.41 m/s

“Münasibətlərə xələl gətirəcək bəyanatlardan çəkinməliyik” – Tural Abbaslı

SİYASƏT

22 Oktyabr 2026 | 11:37 | Müəllif: Gülşən Şərif

“Münasibətlərə xələl gətirəcək bəyanatlardan çəkinməliyik” – Tural Abbaslı

"Son zamanlar sosial şəbəkələrin Azərbaycan və Türkiyə seqmentində bəzən həddini aşan, uğursuz bəyanatlar səsləndirilir". 

Ağ Partiyanın sədri Tural Abbaslı bunu Bakıvaxtı.az-a açıqlamasında bildirib. 

Onun sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətlərindəki son gərginlik süni şəkildə artırılır:

"Biz çalışmalıyıq ki, Türkiyə-Azərbaycan münasibətləri indiyə qədər olduğu kimi ən yüksək səviyyədə qalsın. Çünki bu münasibətlər hər iki dövlətin inkişafına, güclənməsinə və mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir. Sadəcə hər iki dövlət bir-birinin suverenliyinə və müstəqilliyinə hörmətlə yanaşmalıdır".

Partiya sədri bildirib ki, iki ölkə arasında əlavə söz-söhbətə yol verəcək fikir və bəyanatlar səsləndirilməməlidir. Çünki bu münasibətlərin korlanmasında maraqlı olan qüvvələr, hətta dövlətlər var. 

"Ümid edirəm ki, yaxın zamanlarda hər iki ölkənin rəhbəri görüşəcək, müzakirə aparacaq və məsələlər müsbət şəkildə həll olunacaq", - deyə müsahibimiz qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR