• Bakı 29° C

    6.77 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Türkiyə aeroportlarında sərnişinlərin yoxlanılışı sərtləşdirilir

DÜNYA

05 Iyul 2024 | 13:57

Türkiyə aeroportlarında sərnişinlərin yoxlanılışı sərtləşdirilir

Bundan sonra Türkiyədə hava limanlarının əməkdaşları aeroportdan verilən yazılı əmr əsasında təhlükəsizlik qüvvələrinin nəzarəti altında insanlara və onların baqajlarına vizual baxış keçirə biləcəklər.

Bakıvaxtı.az  Anadolu agentliyinə istinadla bildirir ki, bu, Türkiyə parlamentinin mülki aviasiya qanunlarına etdiyi dəyişikliklərdə əksini tapıb. Dəqyişikliklər nəticəsində hava limanlarında sərnişinlərin yoxlanılması proseduru sərtləşdirilir.

Qeyd olunur ki, dəyişikliklərə əsasən, xüsusi qurğularla yoxlama hər hansı səbəbdən başa çatmadıqda sərnişinin özü və əşyaları əl ilə yoxlanılacaq.

Buna razılıq verməyən sərnişinlərin hava limanına daxil olmasına və ya təyyarəyə minməsinə icazə verilməyəcək.


SON XƏBƏRLƏR