Tbilisidə Türkiyə, Azərbaycan, Qazaxıstan və Ermənistan üçün konteyner qovşağına çevriləcək “quru liman” açılıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən məlumat verir.
Bildirilib ki, "quru liman" Qərbi Asiya ilə Şərqi Avropanı birləşdirən "Orta Dəhliz" marşrutuna daxil olacaq. Bu gün liman artıq Batumidən 30 konteynerlə ilk qatarı qəbul edib.
Hazırkı mərhələdə terminal ildə 100 minə qədər konteyner daşımaq gücündədir. Tikintinin hər üç mərhələsi başa çatdıqdan sonra onun gücü 200 minə qədər artacaq.