• Bakı 11° C

    12.2 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Türkiyə bu XƏBƏRLƏ oyandı: Ərdoğan göstəriş verdi – Deputat...FOTO

DÜNYA

05 Aprel 2026 | 14:51

Türkiyə bu XƏBƏRLƏ oyandı: Ərdoğan göstəriş verdi – Deputat...FOTO

Ümrə ziyarəti zamanı çətinliklə üzləşən 177 nəfər prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Türkiyəyə qayıdıb.

Bakıvaxtı.az xəbər verir ki, Ümrə ziyarəti zamanı tur şirkətinin ödənişləri etməməsi nəticəsində vətəndaşlar qaldıqları hotellərdən çıxarılmaq təhlükəsi ilə üz-üzə qalıblar.

Hətta onların geridönüşü üçün təyyarə biletləri də təmin edilməyib. Lakin problem öz həllini tapıb.

AK Partiyanın Sakarya millət vəkili Əli İncinin təşəbbüsü ilə 177 nəfərlik ilk qrup “Türk Hava Yolları”na məxsus təyyarə ilə gecə saatlarında İstanbula çatdırılıb.

İnci onları hava limanında qarşılayıb. O bildirib ki, ümumilikdə 600-ə yaxın vətəndaş eyni problemlə üzləşib. Deputat qeyd edib ki, bu, ilk qrupdur və digər vətəndaşların da mərhələli şəkildə ölkəyə gətirilməsi planlaşdırılır./Musavat.com


SON XƏBƏRLƏR

04 Aprel 2026