• Bakı 17° C

    8.64 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1258

Türkiyə “əl qoydu”: Əfqanıstan və Pakistan barışır? - CAVAB

DÜNYA

31 Oktyabr 2025 | 07:40

Türkiyə “əl qoydu”: Əfqanıstan və Pakistan barışır? - CAVAB

Bir müddətlik sükutdan sonra Əfqanıstan və  Pakistan öz sərhədlərində qalıcı atəşkəs yaratmaq məqsədi ilə Türkiyədə müzakirələri bərpa etmək barədə razılığa gəliblər.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, bütün tərəflər atəşkəsin davam etdirilməsini dəstəkləyiblər. Onun tətbiqi üsulları 2025-ci il noyabrın 6-da İstanbulda keçiriləcək yüksək səviyyəli görüşdə araşdırılacaq və qərara alınacaq.

Türkiyə XİN-in məlumatında o da yer alır ki, yeni toplantının məqsədi sülhün qorunub saxlanmasına və onu pozan tərəfə qarşı sanksiyaların tətbiqinə zəmanət verən monitorinq və yoxlama mexanizmini qurmaqdır.

Aydın Baxış


SON XƏBƏRLƏR

30 Oktyabr 2025