Ukrayna nümayəndə heyəti Türkiyədə Rusiya tərəfi ilə danışıqlar zamanı tərcüməçi vasitəsilə əlaqə saxlayaraq Ukrayna və ingilis dillərindən istifadə edib.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Biz Ukraynayıq” telekanalına müsahibəsində Ukrayna xarici işlər nazirinin müavini Serhi Kislitsya deyib.
"Türkiyə tərəfi görüşü peşəkar şəkildə təşkil etdi: nümayəndə heyətləri arasında məsafə qorundu və ingilis dilinə tərcümə aydın ünsiyyəti təmin etdi", - Kislitsya vurğulayıb.