Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasına (COP16) Tərəflərin Konfransı çərçivəsində Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında anlaşma memorandumu imzalanıb.
Bakıvaxtı.az "Sabah"a istinadən xəbər verir ki, Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Naziri Murat Kurum COP16 çərçivəsində Səudiyyə Ərəbistanının Bələdiyyə Kənd İşləri və Məskunlaşma Naziri Majed bin Abdullah al-Hogail ilə görüşüb.
Görüş zamanı Əmlak İnvestisiya Tərəfdaşlığı ilə Səudiyyə Ərəbistanı Milli Mənzil Şirkəti arasında anlaşma memorandumu imzalanıb.
Anlaşma memorandum çərçivəsində Əmlak İnvestisiya Tərəfdaşlığının "Gəlir Paylaşım Modeli" Səudiyyə Ərəbistanı bazarında istifadəyə veriləcək və bu model "Səudiyyə Vizyon 2030" hədəflərinə çatmaq üçün strateji bir addım olacaq.
Gülşən Şərif