• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Türkiyə ordusu Qarabağda qardaşlarımıza dəstək olur" - Hulusi Akar

DÜNYA

18 Mart 2021 | 11:15

"Türkiyə ordusu Qarabağda qardaşlarımıza dəstək olur" - Hulusi Akar

Türkiyə Silahlı Qüvvələri prezidentin tapşırıqları əsasında Suriyada, İraqın şimalında, Şərqi Aralıq dənizində millətimizin maraqlarını qorumaqla yanaşı Liviyada və Qarabağda da qardaşlarımıza dəstək olmaqdadır.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Çanaqqala zəfərinin 106-cı ildönümü ilə əlaqədar bəyanatında deyib.

O bildirib ki, Türkiyə ordusu bütün bunlarla yanaşı BMT, NATO, ATƏT və Avropa İttifaqı çərçivəsində üzərinə götürdüyü öhdəliklər çərçivəsində qlobal təhlükəsizliyin təmin olunması məqsədilə fəaliyyətini davam etdirir:

"Ölkə içində və xaricdə davam etdirdiyimiz mübarizəmizdə əldə etdiyimiz uğurlarda ən böyük pay şəhid və qazilərimizə məxsusdur. Onların qəhrəmanlıqları və fədakarlıqları heç bir zaman unudulmayacaq".(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026