• Bakı C

    8.07 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.2092

Türkiyə universitetlərində bir sıra ixtisaslar üzrə qəbul azaldılacaq

DÜNYA

16 Fevral 2026 | 21:36

Türkiyə universitetlərində bir sıra ixtisaslar üzrə qəbul azaldılacaq

Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar müxtəlif ixtisaslar üzrə dövlət və özəl universitetlərə qəbulun azaldılacağını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, xüsusilə, hüquqşünaslıq, stomatologiya, əczaçılıq və memarlıq kimi ixtisaslara qəbulda ixtisar aparılacağını vurğulayıb.

Şura rəhbərinin sözlərinə görə, hüquqşünaslıq ixtisası üzrə özəl universitetlərə abituriyent qəbulu 45 faiz azaldılacaq.

“Biz ölkənin ən çox ehtiyac duyduğu sahələrdə mütəxəssislərin hazırlanmasına diqqət yetiririk, eyni zamanda çox sayda məzun yetişdirən fakültələrə qəbulu azaldırıq”, - deyə Özvar izah edib.


SON XƏBƏRLƏR