ABŞ Ermənistan və Türkiyə arasında on illərdir bağlı olan iqtisadi-sosial kommunikasiyaların yenidən açılması istiqamətində atılan bu konkret addımları alqışlayır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin yaydığı bəyanatda bildirilir.
“Dinc və çiçəklənən Cənubi Qafqazın qurulması yolunda tarixi irəliləyiş.
Ermənistan və Türkiyə rəsmiləri bu gün Qarsda Qars-Gümrü dəmir yolunun yenidən qurulması ilə bağlı birgə işçi qrupu yaratmaq üçün görüşüblər. Ermənistan və Türkiyə arasında bu əsas kommunikasiyanın bərpası regional marşrutların açılması və regional sabitliyin təmin edilməsində mühüm addımdır. Belə bir əlamətdar inkişafın təməli Prezident Trampın ev sahibliyi etdiyi 8 avqust Vaşinqton sammitində qoyulub”, - səfirlik qeyd edir.
Bakı 




