• Bakı 23° C

    13.07 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Türkiyə və Somali hərbçiləri ələ keçirilmiş gəmini azad edib

DÜNYA

29 Avqust 2026 | 23:12

Türkiyə və Somali hərbçiləri ələ keçirilmiş gəmini azad edib

Türkiyə və Somali hərbçilərinin birgə əməliyyatı ilə daha əvvəl piratlar tərəfindən ələ keçirilmiş "MV Lutuf" gəmisi azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Somalinin Müdafiə Nazirliyi məlumat yayıb.

"Qüvvələrimizin davamlı təzyiqi altında qalan piratlar gəmini tərk etməyə məcbur oldular. Hərbçilər "MV Lutuf"un göyərtəsindəki vəziyyətə tam nəzarət edirlər. Gəmi hərəkətini bərpa edib", - qurumdan qeyd edilib.

Somalinin şimal rayonları yaxınlığında 10 gün davam edən əməliyyat zamanı dörd kater və 14 pirat məhv edilib. Hərbi qulluqçuların sıralarında itkilər barədə məlumat verilməyib.

Xatırladaq ki, avqustun 17-də Kamerun bayraqlı yük gəmisi Somalinin Puntlend ştatının Nuqal regionunda hücuma məruz qalıb. Onun göyərtəsində 10 nəfər olub: altı Hindistan, iki Serbiya və hərəsindən bir nəfər olmaqla, Türkiyə və Gürcüstan vətəndaşı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Avqust 2026