Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Yunanıstanın paytaxtı Afinada bu ölkənin Milli Kəşfiyyat Təşkilatının (MKT) rəhbəri Themistoklis Demiris ilə görüş keçirib.
Bakıvaxtı.az xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr və regional proseslər müzakirə edilib, problemlərin həlli üçün atıla biləcək addımlar qiymətləndirilib.
"İki ölkə əlaqələrinin Egey və Qərbi Aralıq dənizi, NATO təhlükəsizliyi, kəşfiyyat əməkdaşlığı, terrorizm, mütəşəkkil cinayətkarlıq, qeyri-qanuni miqrasiya və insan qaçaqmalçılığına qarşı mübarizə sahələrində kritik əhəmiyyət daşıdığı vurğulanan görüşdə ABŞ-İran müharibəsi, Suriyada yeni dövr, Liviyanın siyasi birliyi, Fələstin məsələsi, İsrailin Qəzza və İordan çayının qərb sahilində atdığı addımlar, Suriya və Livana qarşı hücumları müzakirə edilib", - məlumatda bildirilib.
İ. Kalın ilə T. Demiris ikitərəfli və regional məsələlərdə xidmətlər arasındakı yaxın əməkdaşlığın daha da gücləndirilməsi barədə razılığa gəliblər.




