• Bakı C

    1.14 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Türkiyədə boğulan rusiyalı üzgüçünün cəsədi Moskvaya gətirilib

DÜNYA

24 Yanvar 2026 | 21:37

Türkiyədə boğulan rusiyalı üzgüçünün cəsədi Moskvaya gətirilib

Türkiyədə vəfat edən üzgüçü Nikolay Sveçnikovun cənazəsi Moskvaya aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ailənin vəkili Alperen Çakmak TASS-a bildirib.

Vəkil qeyd edib ki, Sveçnikovun cəsədi bu gün Moskvaya aparılıb.

Sveçnikov 24 avqust 2025-ci ildə Bosfor boğazında keçirilən genişmiqyaslı beynəlxalq üzgüçülük yarışının iştirakçılarından biri olub. Yarışda 81 ölkədən təxminən 3 min üzgüçü iştirak edib. Lakin rusiyalı üzgüçü finiş xəttinə çata bilməyib. Onun itkin düşməsi ilə bağlı araşdırma başladılıb və bir müddət suda və Bosfor sahili boyunca axtarış əməliyyatları aparılıb. Yanvarın 21-də onun cəsədi finiş xəttindən uzaq olmayan sahildə tapılıb. 


SON XƏBƏRLƏR