• Bakı 23° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Türkiyədə də uşaqların sosial mediadan istifadəsi qadağan oluna bilər

DÜNYA

06 Aprel 2026 | 11:50

Türkiyədə də uşaqların sosial mediadan istifadəsi qadağan oluna bilər

Türkiyədə 15 yaşdan aşağı şəxslərə sosial media qadağası ilə bağlı qanunda edilən dəyişik Türkiyə Böyük Millət Məclisinin (TBMM) aidiyyəti komissiyası tərəfindən təsdiqlənib.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, dəyişikliyin bu həftə TBMM səviyyəsində müzakirəsi gözlənilir.

Qeyd olunub ki, yeni qaydalara əsasən, sosial şəbəkə platformaları 15 yaşını tamamlamamış şəxslərə xidmət göstərə bilməyəcək.

15 yaşı tamamlamış, lakin yetkinlik yaşına çatmamış istifadəçilər üçün isə "ayrılmış xidmətlər" təqdim olunacaq. Bu xidmətlərin detalları və təhlükəsizlik tədbirləri dair məlumatlar platformalarda yerləşdiriləcək.

Həmçinin, yeni layihə valideyn nəzarətini də məcburi edir.

Sözügedən qadağanı pozanlara qarşı ciddi cəzaların da nəzərdə tutulduğu bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026