• Bakı 19° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Türkiyədə genişmiqyaslı əməliyyat - 311,5 kiloqram narkotik...

DÜNYA

09 May 2025 | 12:10

Türkiyədə genişmiqyaslı əməliyyat - 311,5 kiloqram narkotik...

Türkiyənin Şanlıurfa və Van vilayətlərində həyata keçirilən əməliyyatlarda 311,5 kiloqram narkotik maddə ələ keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib

Məlumata görə, Vanda keçirilən əməliyyatla 234 paket halında 126 kiloqram heroin və 84,5 kiloqram marixuana olmaqla ümumilikdə 210,5 kiloqram narkotik maddə ələ keçirilib.

Şanlıurfada baş tutan digər əməliyyatda isə bir TIR-da 131 paket halında 68,5 kq heroin, 53 paket halında 23,5 kq skunk, 16 paket halında 9 kq toz marixuana olmaqla ümumilikdə 101 kq narkotik maddə ələ keçirilib.


SON XƏBƏRLƏR

08 May 2025