• Bakı 13° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.8395

    RUB - 0.0176

Türkiyədə Güney Azərbaycan Sənət Festivalı keçiriləcək

CƏMİYYƏT

23 Oktyabr 2024 | 00:32

Türkiyədə Güney Azərbaycan Sənət Festivalı keçiriləcək

İzmirdə Güney Azərbaycan Türklərinin İkinci Sənət Festivalı başlayır.

Bu barədə Bakıvaxtı.az-a Güney Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Camal Mehmetxanoğlu məlumat verib.

Onun sözlərinə görə, noyabrın 30-da baş tutacaq builki festival yazıçı Səməd Behrəngi və Güney Azərbaycanın məşhur şəhərlərinə həsr edilib:

“Festivalımızın birinci bölümündə yazıçının xatirəsini yad edəcəyik. Onun yaradıcılığı müzakirə ediləcək. İkinci hissə isə Güney Azərbaycanın böyük şəhəri Urmuya həsr olunub. Festivalda tanınmış mədəniyyət xadimləri də mükafatlandırılacaq, ilin Güney Azərbaycan sənətçisi elan ediləcək”.

Qeyd edək ki, ötən il bu ada məşhur sənətkar Araz Elsəs layiq görülüb./kult.az


SON XƏBƏRLƏR

22 Oktyabr 2024