• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyədə hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi

DÜNYA

10 Sentyabr 2021 | 10:03

Türkiyədə hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi

Türkiyənin 7 şəhərində leysan yağışları barədə sakinlərə xəbərdarlıq edilib.

Bakıvaxtı.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Meteorologiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, İstanbul, Çanakkale, Balıkesir, Bursa, Yalova, Kocaeli və Sakarya şəhərlərində güclü yağış yağması gözlənilir. Küləyin sürətinin artması və fırtınaya çevrilməsi barədə əhaliyə xəbərdarlıq olunub.

İnsanlara sel, su basması, ildırım vurması kimi ekstremal hadisələrə hazır olmaq və ehtiyatlı davranmaq tövsiyə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026