Ötən ilin dekabr ayında Türkiyədə istehlak qiymətlər noyabr ayı ilə müqayisədə 1,03 %, 2023-cü ilin eyni dövrünə nisbətən isə 44,38 % artıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.
Xatırladaq ki, Türkiyə Mərkəzi Bankı son inflyasiya hesabatında 2024-cü il üçün inflyasiya gözləntisini 44 % səviyyəsində qeyd etmişd. Ortamüddətli proqramda isə inflyasiyanın ötən il 41,5 % olacağı gözlənilirdi.
Müstəqil alimlərin yaratdığı İnflyasiya Araşdırma Qrupu (ENAG) isə dekabrda aylıq inflyasiyanın 2,34 %, illik inflyasiyanın isə 83,4 % təşkil etdiyini bildirib.