Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzindəki hoteldə baş verən yanğın nəticəsində "Orduspor" klubunun sabiq prezidenti Nedim Türkmen də vəfat edib.
Bakıvaxtı.az Reporta-a istinadən xəbər verir ki, 66 yaşlı keçmiş klub rəhbəri faciə nəticəsində ailə üzvləri ilə birlikdə dünyasını dəyişib.
N.Türkmen 2009-2014-cü illərdə "Orduspor"un prezidenti vəzifəsində çalışıb.
Qeyd edək ki, son məlumata görə, yanğında 66 nəfər həyatını itirib, 51 nəfər yaralanıb.