Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə 7.4 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki. zəlzələ nəticəsində binalar dağılıb, insan tələfatı və yaralılar var.
Yeraltı təkanlar Türkiyəyə qonşu ölkələrdə də hicc olunub. Türkiyədəki zəlzələnin migyası böyükdür.
Suriyanın Səhiyyə Nazirliyinin açıqlamasına görə, Hələb, Həma və Latakiya əyalətlərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 42-yə çatıb, 200 nəfər isə yaralanıb. Yaralıların və insan tələfatının artacağı ehtimal olunur.
Zəlzələ nəticəsində binalar dağılıb. Yeraltı təkanın təsiri ən çox İdlibdə hiss olunub.
Suriya Müvəqqəti Hökumətinin sədri Əbdürrəhman Mustafa ölkənin şimalındakı əməliyyat bölgələrində ilkin təsbitlərə görə ölənlərin sayının 44 olduğunu qeyd edib.
Zəlzələ İranın Türkiyə və İraqla sərhəd bölgələrində hiss edilsə də, bu mərhələdə maddi ziyan yoxdur. Qeyd edək ki, ötən həftə sərhəd bölgəsində baş verən zəlzələ üçün yardım işləri davam edir.
İsrail mətbuatında zəlzələnin can itkisi, yaralanma və ya maddi ziyan vurmadığı qeyd olunur.
Yerli mətbuatda zəlzələnin Gürcüstanda da hiss olunması ilə bağlı xəbər yoxdur.
Livanda da ciddi hiss olunan zəlzələdən sonra indiyədək ciddi dağıntı və tələfat qeydə alınmayıb. Ancaq Baş nazirlik Fövqəladə Hallar Komitəsinin gün ərzində bir vəziyyət qiymətləndirməsi etmək üçün toplanacağı gözlənilir.
Murad Məmmədli
















