• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyədən Fransaya: Qiyamətə qədər də Azərbaycanın olacaq

DÜNYA

18 Noyabr 2022 | 20:45 | Müəllif: Subhan Mahmudov

Türkiyədən Fransaya: Qiyamətə qədər də Azərbaycanın olacaq

Fransa Azərbaycana qarşı sanksiyalar tətbiq etməkdən dəm vurur. Fransa əvvəlcə bundan danışmalıdır ki, otuz il ərzində Minsk Qrupunun həmsədri kimi Azərbaycan ilə Ermənistan arasında problemin həlli ilə bağlı bir cümlə söyləyibmi, bir addım atıbmı?

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini Numan Qurtulmuş deyib.

Fransanın nümayiş etdirdiyi ədalətsiz və qərəzli mövqeyə kəskin etirazını bildirən N.Qurtulmuş qeyd edib:

“Fransa həm işğala göz yumur, həm də Azərbaycan torpağı olan Qarabağın ermənilər tərəfindən işğalına şərait yaratmaq üçün siyasi zəmin hazırlamaq istəyir. Bu, yolverilməzdir. Qarabağ Azərbaycandır və qiyamətə qədər də Azərbaycanın olacaq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026