• Bakı 12° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1258

Türkiyədən gətirilən antep fıstığında uyğunsuzluq aşkarlandı

CƏMİYYƏT

30 Oktyabr 2025 | 19:53

Türkiyədən gətirilən antep fıstığında uyğunsuzluq aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı “Buta Çərəz” MMC-nin Türkiyədən idxal etdiyi “SDF Gida Sanayi ve Ticaret Limited Şirketi” müəssisəsinin istehsalı olan ümumi çəkisi 6,12 ton antep fıstığı məhsulu partiyasında (8 oktyabr 2025-ci il - 8 oktyabr 2027-ci il istehsal və son istifadə tarixli) Aflatoksin B1 və Total Aflatoksin göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, məhsul partiyası ölkəmizin idxal tələblərinə, o cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab vermədiyi üçün gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul olunub.


SON XƏBƏRLƏR