• Bakı 19° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Türkiyəli məşhur paylaşımlarına görə külli miqdarda cərimə ödəməlidir

MƏDƏNİYYƏT

09 Fevral 2022 | 03:10 | Müəllif: Subhan Mahmudov

Türkiyəli məşhur paylaşımlarına görə külli miqdarda cərimə ödəməlidir

Türkiyədə sosial media fenomeni Duyğu Özaslan barəsində inzibati cəza müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki,  “Instagram”da 2 milyon izləyicisi olan və reklam xarakterli paylaşımları ilə lüks həyat yaşayan Duyğu Özaslan qanunlara qarşı çıxıb.

2020-ci ildən sosial mediadan qazanc əldə edənlərə nəzarət edə bilmək məqsədilə “işbirliği” (əməkdaşlıq) həştəqi yazmaq məcburi olub. Ancaq Özaslan bu yazı olmadan paylaşımlarına davam edib.

Bu səbəbdən o, 114 236 lirə (14 268 AZN) məbləğində cəzalandırılıb. Bu cəzanın onun digər həmkarları üçün də keçərli olacağı gündəmə çevrilib.

Hazırda bir çox sosial media fenomenlərinə oxşar cəza gələcəyi iddi edilir. “Instagram”da ən çox qazananlardan Burcu Esmersoy, Rachel Araz Kiresepi və Danla Bilicin adı hallanır.(Oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026