• Bakı 14° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8007

    RUB - 1.7043

Türkiyəli nazir: "İnkişaf Yolu Dəhlizini Orta Dəhlizlə əlaqələndirmək istəyirik"

COP29

20 Noyabr 2024 | 14:41

Türkiyəli nazir: İnkişaf Yolu Dəhlizini Orta Dəhlizlə əlaqələndirmək istəyirik

Türkiyə İnkişaf Yolu Dəhlizini Orta Dəhlizlə əlaqələndirməyi planlaşdırır.

Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, son zamanlar Orta Dəhlizin inkişafı istiqamətində bir sıra addımlar atılır: "Azərbaycan da bu dəhlizin mühüm iştirakçılarındandır və dəhlizin inkişafı istiqamətində sərmayələr yatıraraq mühüm işlər görür. Biz də Orta Dəhlizi dəstəkləmək üçün işlər həyata keçirir, İnkişaf Yolu Dəhlizi üzərində işlər aparırıq. Belə ki, Fars körfəzindən başlayaraq 1 200 kilometrlik yol qət edib Türkiyəyə çatan bu dəhlizi Orta Dəhlizlə birləşdirərək Avropaya çatdırmaq istəyirik".

A. Uraloğlu qeyd edib ki, Türkiyənin də iştirak etdiyi Orta Dəhlizdə elektrikli qatarların və lokomotivlərin fəaliyyəti barədə müzakirələr aparılır.


SON XƏBƏRLƏR

20 Noyabr 2024