• Bakı 22° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Türkiyənin enerji idxalının həcmi azalıb

İQTİSADİYYAT

27 Sentyabr 2024 | 12:53

Türkiyənin enerji idxalının həcmi azalıb

Türkiyənin enerji idxalı üçün ödədiyi məbləğ avqust ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz azalaraq 5 milyard 297 milyon 385 min dollara çatıb.

Bakıvaxtı.az "SABAH"a istinadən xəbər verir ki, bu, Türkiyə Statistika Təşkilatı və Ticarət Nazirliyi tərəfindən hazırlanan müvəqqəti xarici ticarət statistikasında yer alıb.

Statistikaya görə, Türkiyənin avqust ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz azalaraq 27 milyard 40 milyon 227 min dollar olub. Bu məbləğin 5 milyard 297 milyon 385 min dollarını enerji idxalı kimi ümumiləşdirilən mineral yanacaqlar, mineral yağlar və onların distillə edilməsindən əldə edilən məhsullar, bitumlu maddələr və mineral mumlar təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin avqust ayında bu rəqəm 5 milyard 323 milyon 596 min dollar olaraq qeyd edilib. Beləliklə, enerji idxalının həcmi illik bazda 0,5 faiz azalıb. Bu dövrdə xam neft idxalı 7,1 faiz azalaraq 2 milyon 649 min 871 ton olub.

Gülşən Şərif


SON XƏBƏRLƏR