• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyənin üçüncü vətəndaşı kosmosa uçacaq

DÜNYA

01 Avqust 2025 | 00:12 | Müəllif: Subhan Mahmudov

Türkiyənin üçüncü vətəndaşı kosmosa uçacaq

Türkiyənin "Erdem" Holdinqinin İdarə Heyətinin üzvü Gökhan Ərdəm ölkənin kosmosa uçan üçüncü vətəndaşı olacaq.

Bakıvaxtı.az xəbər verir ki, müxtəlif ölkələrin, o cümlədən Türkiyənin nümayəndələrinin iştirak edəcəyi “Blue Origin” şirkətinə məxsus kosmik aparatın uçuşu avqustun 3-ü ABŞ-ın Texas ştatındakı Van Horn poliqonundan planlaşdırılır.

“Blue Origin” şirkətinin 14-cü suborbital missiyasının iştirakçıları Yer atmosferi ilə kosmos arasındakı şərti sərhəd hesab olunan Karman xəttini keçəcəklər. Missiyanın emblemində heyət üzvlərinin hər birini təmsil edən simvollar yer alıb. Məsələn, Bosfor boğazı Gökhan Ərdəmin Türkiyəyə mənsubluğunu simvolizə edir.

Qeyd edək ki, daha əvvəl Türkiyənin Milli Kosmik Proqramı çərçivəsində Alpər Gezeravcı və Tuva Cahangir Atasevər kosmosa uçuş həyata keçiriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026