• Bakı 12° C

    7.95 m/s

  • USD - 1.7

    EUR - 1.959

    RUB - 2.1258

Türkiyəyə məxsus gəmi Hörmüz boğazından keçdi

DÜNYA

06 Aprel 2026 | 13:57

Türkiyəyə məxsus gəmi Hörmüz boğazından keçdi

“Ocean Thunder” adlı Türkiyəyə məxsus gəmi ötən gecə etibarilə Hörmüz boğazını təhlükəsiz şəkildə keçərək Körfəzdən çıxışını tamamlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

O qeyd edib ki, bu keçidlə birlikdə Hörmüz boğazı ətrafında yerləşən Türkiyə mülkiyyətində olan gəmilərin sayı 12-yə, çıxış tələbi olan gəmilərin sayı isə 8-ə enib.

“Xarici İşlər Nazirliyimizlə apardığımız birgə fəaliyyət nəticəsində İraqdan yüklədiyi xam nefti Malayziyaya daşımaq üçün səfərdə olan ‘Ocean Thunder’ adlı Türkiyə mülkiyyətindəki gəmi ötən gecə etibarilə Hörmüz boğazını təhlükəsiz şəkildə keçərək Körfəzdən çıxışını tamamladı. Beləliklə, müharibənin başlanmasından bəri Körfəzdə gözləyən 3 gəmi Hörmüz boğazından təhlükəsiz şəkildə ayrılmış oldu”,- nazir bildirib.


SON XƏBƏRLƏR