• Bakı C

    8.65 m/s

  • USD - 1.7

    EUR - 2.0096

    RUB - 2.2138

UEFA "Benfika"nın futbolçusunu irqçiliyə görə cəzalandırdı

İDMAN

23 Fevral 2026 | 22:02

UEFA Benfikanın futbolçusunu irqçiliyə görə cəzalandırdı

UEFA-nın Etika, Nəzarət və İntizam Komitəsi "Benfika" futbol klubunun argentinalı yarımmüdafiəçisi Canluka Prestiannini Çempionlar Liqasının 1/8 finalına vəsiqə uğrunda "Real Madrid" klubuna qarşı keçiriləcək cavab matçından kənarlaşdırmaq barədə qərar qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə komitənin bəyanatında deyilir.

"Komitə UEFA-nın intizam reqlamentinin diskriminasiya xarakterli davranışla bağlı maddəsini pozduğuna görə Prestianninin UEFA-nın növbəti klub turniri matçında iştirakını qadağan etmək qərarına gəlib. Bu, hazırkı araşdırma başa çatdıqdan sonra UEFA-nın intizam orqanlarının qəbul edə biləcəyi hər hansı növbəti qərarlara təsir göstərmir. Bu məsələ ilə bağlı əlavə məlumat müvafiq vaxtda təqdim olunacaq", - deyə komitənin bəyanatında bildirilir.

Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Real Madrid" və "Benfika" arasında insident baş vermişdi. Həmin vaxt "kral klubu"nun vingeri Vinisius Junior Portuqaliya klubunun yarımmüdafiəçisi Canluka Prestiannini onu meymun adlandırmaqda ittiham etmişdi.


SON XƏBƏRLƏR

23 Fevral 2026