Ukrayna bu il Avropa İttifaqından (Aİ) 30,6 milyard avro büdcə dəstəyi cəlb etməyi planlaşdırır.
Bakıvaxtı.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.
"2022-ci ilin fevralından etibarən Aİ birbaşa büdcə yardımının ən böyük donorudur. Bu dövr ərzində büdcənin prioritet xərclərinin maliyyələşdirilməsi üçün təşkilata üzv ölkələrdən 45 milyard avro cəlb edilib. 2024-cü ildə Aİ-nin büdcə yardımı bütün xarici daxilolmaların 40 %-dən çoxunu - 16,1 milyard avro təşkil edib. Bu yardıma qrant şəklində 3 milyard avro daxildir. Qalan məbləğ güzəştli kreditlərdən ibarətdir", - məlumada qeyd edilib.