• Bakı C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.9734

    RUB - 2.1836

Rusiyanın “Kalibr” raket daşıyıcısı olan freqatı sıradan çıxarılıb

DÜNYA

05 Mart 2026 | 17:19

Rusiyanın “Kalibr” raket daşıyıcısı olan freqatı sıradan çıxarılıb

Rusiyanın "Admiral Essen" freqatı "Novorossiysk" limanına edilən hücum zamanı ciddi zədə alıb, daha "Kalibr" raketləri ilə Ukraynaya zərbə endirə bilməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RBC-Ukraine” Ukraynanın Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

    Məlumata görə, "Novorossiysk" limanına edilən hücum zamanı “Kalibr” raketlərinin daşıyıcısı olan "Admiral Essen" freqatı dronla vurulub.

    Bundan əlavə, bu gün Ukrayna Hərbi Dəniz Qüvvələri Qara dəniz üzərində Rusiyanın Ka-27 hərbi helikopterini məhv edib.

    Qeyd edək ki, Ka-27 helikopteri sualtı qayıqların axtarışı və məhv edilməsi üçün əsas vasitədir.


    SON XƏBƏRLƏR