q
  • Bakı 14° C

    3.1 m/s

  • USD - 1.7

    EUR - 1.9899

    RUB - 2.26

Ukrayna Rusiyanın patrul və əks-diversiya katerlərini vurub

DÜNYA

30 Aprel 2026 | 10:44

Ukrayna Rusiyanın patrul və əks-diversiya katerlərini vurub

Ukrayna Silahlı Qüvvələrinin Hərbi-Dəniz Qüvvələri (HDQ) aprelin 30-na keçən gecə Kerç boğazı rayonunda Rusiyanın "Sobol" və "Qraçonok" katerlərinə zərbə endirib.

Bakıvaxtı.az UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna HDQ-dən bildirilib.

"Zərbə nəticəsində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin "Sobol" patrul-mühafizə və "Qraçonok" katerləri vurulub", - məlumatda deyilir.

Qeyd olunur ki, bu katerlər Rusiyanın Sahil Mühafizəsinin və Hərbi-Dəniz Donanmasının mühüm vahidləridir. Onlar, xüsusilə, Kerç körpüsünün mühafizəsi və diversiya qruplarına qarşı mübarizə üçün istifadə olunur.


SON XƏBƏRLƏR

29 Aprel 2026