• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ukrayna ordusu Xarkovun daha bir yaşayış məntəqəsini azad etdi

DÜNYA

09 Aprel 2022 | 19:38 | Müəllif: Subhan Mahmudov

Ukrayna ordusu Xarkovun daha bir yaşayış məntəqəsini azad etdi

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Olxovka kəndini Rusiya hərbçilərindən tamamilə azad edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarkov qarnizonunun rəisi Sergey Melnik feysbukda məlumat yayıb.

Qeyd edilir ki, Ukrayna hərbçiləri yerli sakinlərə humanitar yardım edib.

"Xarkov vilayətində daha bir istiqamət düşməndən azad edilib - Olxovka kəndi! Bu istiqamətdə vəziyyətə Xarkov vilayətinin təhlükəsizlik və müdafiə sektorunun qüvvələri idarə və nəzarət edir", - Melnik yazıb.

O, həmçinin əlavə edib ki, yerli sakinlərə ərzaq dəstləri və məişət, şəxsi gigiyena vasitələri olaraq zəruri humanitar yardım göstərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026