"Qərb ölkələri heç bir demokratiya haqqında düşünməyiblər, Kiyev yalnız bir vasitə kimi lazımdır".
Bakvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Qərb Ukraynadan öz maraqlarına çatmaq üçün istifadə edir:
"Əgər Qərb pulu münaqişəyə deyil, Ukraynanın inkişafına yönəltsəydi, bu ölkə bir sıra sahələrdə lider ola bilərdi. Qərb demokratik, firavan, mütərəqqi dövlət yaratmaq istəsəydi, o zaman ayrılan vəsaitlər pullar Ukraynanın inkişafına xərclənərdi".
Gülşən Şərif