• Bakı C

    8.53 m/s

  • USD - 1.7

    EUR - 1.9734

    RUB - 2.1836

Ukrayna səfirliyi İranın Naxçıvana dron hücumlarını pislədi

SİYASƏT

05 Mart 2026 | 14:31

Ukrayna səfirliyi İranın Naxçıvana dron hücumlarını pislədi

Ukraynanın Azərbaycandakı səfirliyi İranın Naxçıvana dron hücumlarını pisləyib.

Bakıvaxtı.az səfirliyə istinadən xəbər verir ki, diplomatik nümayəndəlik İran PUA-larının Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə hücumu barədə məlumatları diqqətlə izləyir.

Ukrayna səfirliyi Azərbaycana dəstək və həmrəyliyini ifadə edib: “Hamını qlobal təhlükəsizliyə, eləcə də xalqlarımızın gələcəyinə xələl gətirən rejimlərə qarşı mübarizəni gücləndirmək üçün birləşməyə çağırırıq”.

Məlumatda İran dronlarının çoxdan terror alətinə çevrildiyi xatırladılıb, məhz bu silahın İran rejimi tərəfindən Ukrayna şəhərlərinə, mülki infrastruktura və dinc əhaliyə zərbələr endirmək üçün istifadə edildiyi vurğulanıb.

Açıqlamada Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın “İran rejimi on illərdir bölgəni terror edir, digər ölkələrə qeyri-sabitlik gətirən terror qruplaşmalarını dəstəkləyir və maliyyələşdirir” fikirlərinə də yer verilib.

“Ukrayna beynəlxalq hüquqa, ləyaqətə və insan həyatına xor baxan rejimlərin hansı təhlükə yaratdığını yaxşı bilir”, - açıqlamada qeyd olunub.


SON XƏBƏRLƏR