• Bakı 23° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

Ukrayna sərt büdcə islahatlarına başlayır

DÜNYA

01 Sentyabr 2026 | 23:41

Ukrayna sərt büdcə islahatlarına başlayır

Ukrayna büdcə kəsiri ilə əlaqədar sərt qənaət rejiminə keçir.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna KİV-nin məlumatına görə, bunu ölkənin Baş naziri Sergey Koretski bildirib.

“Nazirlər Kabineti pensiya və maaşlara toxunulmayacağına söz verir. Artıq təxminən 70 milyard qrivna vəsait tapılıb və bu pul ordunun ehtiyaclarına yönəldiləcək”, – deyə məlumatda bildirilib.

Baş nazir bildirib ki, hər bir büdcə qrivnasına qənaət prinsipi gələn il üçün dövlət büdcəsinin hazırlanması zamanı da tətbiq olunacaq.

“27-ci il üçün büdcənin hazırlanması zamanı da hər bir büdcə qrivnasına maksimum qənaət prinsipindən çıxış etməliyik. Deputatlardan 27-ci il üçün büdcənin formalaşdırılması prosesinə fəal şəkildə qoşulmalarını xahiş edirəm”, – deyə Koretski qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Sentyabr 2026