Ukrayna Hərbi Dəniz Qüvvələri Sevastopoldakı Xersones aerodromunda Rusiyaya məxsus pilotsuz uçuş aparatları bazasını məhv edib.
Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, zərbə nəticəsində üç ədəd Mohajer-6 və iki Forpost tipli PUA sıradan çıxarılıb.
Qeyd edək ki, bu PUA-lar Qara dənizdə səth hədəflərinin izlənməsi üçün istifadə olunurdu. Ukrayna tərəfi əməliyyatın uğurla həyata keçirildiyini açıqlayıb.
Əli Hüseynov